ABŞ və Ukrayna birgə təlimə başladı

9 May 2021 19:05 (UTC+04:00)

Birləşmiş Ştatlar və Ukraynanın sərhəd xidmətlərinin gəmiləri Qara dənizdə birgə hərbi təlimlərə başlayıblar.

AzNews.az xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

“Dünən Ukraynanın iqtisadi dəniz zonasında Dövlət Sərhəd Xidmətinin flaqmanı ABŞ-ın Sahil Mühafizə Xidmətinin “Hamilton” gəmisi ilə qarşılaşıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, iki dövlətin gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı tərəflərin təmsilçilərinin işgüzar görüşü olub. Bu manevr də dənizdə birgə təlim-təcrübə mübadiləsi çərçivəsində keçirilib.