Yaşayış binasında yanğın oldu - Sumqayıtda

9 May 2021 20:24 (UTC+04:00)

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

AzNews.az-ın məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində 8/25 saylı binasında qeydə alınıb.

Blokların birində pilləkən qəfəsində quraşdırılmış 3 ədəd su sayğacı yanıb. Yanğın nəticəsində ətrafda olan qaz sayğaclarına da ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.

Mənzillər yanğından mühafizə olunub.