Sabaha olan hava proqnozu

16 İyun 2013 21:00 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 21-23°, gündüz 33-35° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacaq. Bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir.

AzNews.az