Milli Aviasiya Akademiyasının iki müəllimi vəfat etdi

9 May 2021 22:46 (UTC+04:00)

Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aerokosmik Problemləri İnstitutunun Yeni texnika və patent şöbəsinin rəisi Arif Ramazanzadə və Aerokosmik cihazlar kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif Bədəlov dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyası feysbuk hesabında məlumat yayıb.