Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirildi

9 May 2021 23:28 (UTC+04:00)

Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran məlumat yayıb.

O bildirib ki, ifaçı səhhəti ilə əlaqədar yenidən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Z.Abdullayeva bu ilin martında da səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə olunurdu.