Nigeriyada gəmi çevrildi - onlarla insan öldü

10 May 2021 12:23 (UTC+04:00)

Nigeriyanın mərkəzi hissəsindəki Şiroko çayında gəminin devrilməsi zamanı azı 28 nəfər həlak olub.

AzNews.az xarici KİV-ə istinadla xəbər verir ki, fövqəladə vəziyyətlər üzrə dövlət agentliyinin başçısı Əhməd İnqa bildirib ki, göyərtəsində 100 sərnişinin olduğu gəmi limana 50 metr qalmış qəzaya urayıb. Nəticədə 28 insan həlak olub. Onların meyitləri sudan çıxarılıb. Hadisə zamanı 65 sərnişin xilas edilib, daha 7 nəfər itkin düşmüş hesab edilir.

Əhməd İnqanın sözlərinə görə, hakimiyyət orqanları hadisənin başvermə şəraitinin araşdırılmasına başlayıb.