Bakıda partlayış baş verib - FOTO

17 İyun 2013 06:59 (UTC+04:00)
Bazar günü təxminən 22:45-də Bakının Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsində partlayış baş verib.

Polis əməkdaşının Trend-ə verdiyi məlumata görə, mərkəzi yolun yaxınlığındakı kafedə qaz balonu partlayıb.

Yanğın hal-hazırda hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Partlayış nəticəsində yaranmış yanğın elektrik xətlərinə zərər vurub, bununla da qəsəbə sakinlərini işıqsız qoyub.

Partlayış nəticəsində zərər çəkmiş yoxdur.

AzNews.az