Koronavirus "erkən ərgənliyi" artırıb - Psixiatr

10 May 2021 18:55 (UTC+04:00)

İtaliya alimlərinin araşdırmalarına görə, pandemiya dövründə evdə oturaq həyat keçirən və texnologiyadan intensiv istifadə edən uşaqlarda "erkən ərgənlik" artıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, yetkinlik əlamətləri qızlarda 8 yaşdan əvvəl, oğlanlarda isə 9 yaşdan əvvəl müşahidə edilirsə buna "erkən yetkinlik" deyilir. Uşaq və yeniyetmələr üzrə psixiatriya mütəxəssisi Dos. Dr. Canan Tanıdır bu barədə danışarkən deyib:

“Uşaqları hazır qidalardan uzaq saxlayın, texnologiyanın istifadəsini məhdudlaşdırın, kompüter qarşısında keçirdiyi vaxtı qısaldın. Uşağa 15 yaşından əvvəl sosial media hesabı açmayın".

İtaliyada pandemiya dövründə qızlarda vaxtından əvvəl ərgənliyin 1 il ərzində artdığı məlum olub. Araşdırmada son 5 ildəki rəqəmlərlə müqayisə aparılıb.

Tədqiqatçılar bunu uşaqların bədən kütlə indeksindəki artımla, həmçinin evdə qalma müddətində texnoloji cihazların istifadəsinə çox vaxt sərf etmələrilə əlaqələndiriblər. Səbəblər arasında obezlik, hormonal qidaların istehlakı, plastiklər və ətirli təmizləyici maddələrin təsiri də var.

Araşdırmanın nəticələrini qiymətləndirən uşaq və yeniyetmə psixiatrı “Son illərdə gənclərdə erkən yetkinlik fenomenini müşahidə edirik. Ancaq İtaliyada aparılan araşdırma, əvvəlki illərlə müqayisədə, xüsusilə pandemiya dövründə daha açıq bir artım olduğunu ortaya çıxardı. Oğlanlarda 9, qızlarda 8 yaşından əvvəl inkişaf varsa, bunu erkən yetkinlik olaraq dəyərləndiririk. Burada 2 vacib amil var. Bədəndə piy toxumasının artması və piylənmə erkən yetkinlik üçün risk faktorları hesab olunur. Pandemiyanın ən əhəmiyyətli təsiri budur. Uşaqlar evdə qaldıqları müddətdə qəlyanaltılar, yağlı qidalar, qablaşdırılmış məhsullara üz tutdular. "Bu cür hormonal qidalar da erkən yetkinliyə səbəb olur" deyə mütəxəssis bildirib.

Uşaqlar yaşlarına uyğun olmayan videolara baxırlar

Pandemiya dönəmində uşaqlar yaşlarına uyğun olmayan məzmunda mövzularla baş-başa qalıblar. Ailələr də kompüter və telefonla uzun saatlar məşğul olduqları üçün onlara nəzarəti itirdilər. Kompüterdə oyun oynamaqdan başqa 7-8 yaşlı uşaqlar Youtube-da davamlı video izləyirlər. Onlar yaşlarına uyğun olmayan videolara baxırlar. İzlənilən videolarda jarqon söhbətləri, cinsi məzmun və cinsi oriyentasiya ilə əlaqəli mövzular yer ala bilir. Uşaqlar erkən yaşda bu cür məzmunlu mövzuları dinlədikdə sürətli böyüyürlər. Bu, müsbət bir şey deyil, çünki beyinləri qarışır”.

Artıq yeniyetmələr "mənə müdaxilə edə bilməzsiniz ", "istədiyim şeyi edərəm", "qərarlarım, həyatım" kimi cümlələr qururlar. Bunun səbəbi, sosial mediada nəzarətsiz qalmalarıdır.

Mütəxəssisin fikrincə, bəzi oyunlar xaricində uşaqların internetdə gəzməyi məsləhət deyil. "Xüsusilə ibtidai sinif uşaqları YouTube videolarına baxmamalıdır".

Uşaqların sosial media hesablarına sahib olmaları da doğru deyil. “15 yaşından əvvəl uşağın sosial media hesabı olmamalıdır. Müəyyən bir əqli yetkinliyə çatmayan uşağın sosial media hesabı açması məsləhət deyil. Çünki orada zorakılığa, cinsi məzmuna və təcavüzə məruz qala bilərlər ” deyə psixiatr söyləyib.

"O cümlədən uşaqları idmanla məşğul olmağa həvəsləndirmək lazımdır”.

Həmçinin valideynlər uşaqlar üçün sağlam qidalar hazırlamalı, onları idmana yönəltməlidir.

AzNews.az