Leonardo da Vinçinin rəsm əsəri 28 milyona hərraca çıxarılır

10 May 2021 22:46 (UTC+04:00)

Dünya şöhrətli italiyalı rəssam Leonardo da Vinçinin "Ayı başı" rəsm əsəri hərraca çıxarılacaq.

Aznews.az xəbər verir ki, iyulda Londondakı "Christies" hərrac evində satılması planlaşdırılan 7 santimetrlik rəsm əsəri karandaşla çəkilib.

Mütəxəssislərin fikrincə, "Ayı başı" 12 milyon funt sterlinqdən (təxminən 28 milyon 528 min manat) baha qiymətə satıla bilər.