Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər

10 May 2021 23:04 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin saytı məlumat paylaşıb.

Nazirlər Şərqi Qüdsdəki son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, diplomatlar Qarabağ ətrafında vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi qeyd ediblər.