Daha bir ölkədə “lokdaun” elan edildi

11 May 2021 11:04 (UTC+04:00)

Malayziya baş naziri Muhyiddin Yassin koronavirusun artması fonunda bütün ölkə ərazisində “lokdaun” elan edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, qapanma mayın 12-dən iyunun 7-nə qədər davam edəcək.

Ölkənin Səhiyyə naziri Hişam Abdulanın proqnozlara görə, ayın ortalarında xəstələnmə hallarında ortalama artımı sutkada təxminən 5 min nəfər olacaq və mayın sonunda 7 minə çatacaq.

Qeyd edək ki, Malayziyada bu zamana qədər koronavirusa 444 484 yoluxma və 1 700 ölüm qeydə alınıb.