Türkiyə bu gün də şəhid verdi

11 May 2021 11:36 (UTC+04:00)

Ötən gün Suriyada “Bahar Qalxanı” əməliyyat bölgəsindəki təchizat kortejinə raket hücumu edilib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb. Qeyd olunub ki, hadisə zamanı 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.