Azərbaycanla Rusiya arasında daha bir sənəd imzalandı

11 May 2021 13:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in tvitter səhifəsində məlumat verilib.