“Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” - QMİ sədri

11 May 2021 14:06 (UTC+04:00)

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.

AzNews.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.

“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - deyə Şeyx bildirib.