Bakıda oğurluq edən bacılar saxlanıldı

11 May 2021 14:19 (UTC+04:00)

Bakıda silsilə oğurluq edən şəxslər tutulub.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri - D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

Onların hər ikisi əvvəllər məhkum olunublar. Faktla bağlı araşdırma aparılır.