Rusiyada məktəbə silahlı hücum - 7 şagird və 1 müəllim öldü + Yenilənib

11 May 2021 14:32 (UTC+04:00)

Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib.

AzNews.az xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 9 nəfər həyatını itirib. Onlardan səkkizinin şagird, birinin isə müəllim olduğu qeyd edilib.

Hücum barədə hələlik rəsmi açıqlama verilməsə də, “İnterfaks” qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edən 17 yaşlı yeniyetməni saxlayıblar.

***

Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci silahlı şəxsi zərərsizləşdiriblər. Onun məktəbin dördüncü mərtəbəsindəki sinif otaqlarının birində zərərsizləşdirildiyi bildirilir.