Niyaməddin Musayev koronadan sağaldı - FOTO

11 May 2021 21:11 (UTC+04:00)

Xalq artisti Niyaməddin Musayev koronavirusdan sağalıb.

Aznews.az xəbər verir ki, müğənni ötən gün “Bizimləsən” proqramına qatılıb. 20 gün xəstəxanada yatan Musayev özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, Covid-19-a yoluxan müğənni əvvəl evdə müalicə alsa da, sonradan ailəsinin təkidi ilə xəstəxanaya yerləşdirilmişdi.