Karlovı Varı Film Festivalı ertələndi

11 May 2021 22:20 (UTC+04:00)

Bu il iyulun əvvəlində Çexiyada keçirilməsi planlaşdırılan 56-cı Karlovı Varı Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib.

Aznews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb ölkədə vaksinasiya prosesinin əhəmiyyətli dərəcədə irəliləməməsidir.

Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər.

Xatırladaq ki, Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.