BMT TŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili toplanır

12 May 2021 09:12 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin artmasını müzakirə etmək üçün təcili iclas keçirəcək.

AzNews.az xəbər verir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasındakı mənbə bildirib.

“Məsləhətləşmələr çərşənbə günü saat 09:00-a təyin olunub”, - agentliyin həmsöhbəti deyib.

Bazar ertəsi keçirilən məsləhətləşmələrdə BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə bağlı vahid bəyanat hazırlaya bilməyib. TASS-ın mənbələrinin məlumatına görə, bu dəfə də birgə sənədin qəbul edilməsi ehtimalı azdır.