Qəzza zolağından endirilən zərbələr 1 israillini öldürdü

12 May 2021 10:57 (UTC+04:00)

Qəzza zolağından İsrailin Lod şəhərinə endirilən raket atəşi nəticəsində bir qadın dünyasını dəyişib.

Bu barədə AzNews.az İsrailin “Galei Tzahal” radiostansiyasına istinadən xəbər verir.

“Channel 13” telekanalının məlumatına görə, Loddakı evlərin birində raketin partlaması nəticəsində iki israilli ağır yaralanıb.