Prezidentlə xanımı Şuşaya gedir - VİDEO

12 May 2021 11:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşım edib: “Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”.

Dövlət başçısı sözügedən görüntülərdə bildirib ki, onlar yolüstü Xocavənddə çay içiblər.