Şuşada canlı yayımla bayram namazı qılınacaq

12 May 2021 11:37 (UTC+04:00)

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.

AzNews.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.