Həmkəndlisini maşınla vurub öldürdü

12 May 2021 13:25 (UTC+04:00)

Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qəza mayın 12-də saat 01 radələrində qeydə alınıb.

Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub. H.Əlili hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.