Putin üzük oğurluğunda ittiham edildi - Rüsvayçılıq

17 İyun 2013 09:02 (UTC+04:00)



"New England Patriots" komandasının sahibi Robert Kraft Rusiya prezidentini onun üzüyünü oğurlamaqda ittiham edib.

"İnterfaks"ın yaydığı məlumata görə, Vladmir Putinin mətbuat katibi Peskov prezidentin Krafta təzminat ödəyəcəyi barədə məlumat yayıb.

"Görünür, Robert Kraft hədsiz dərəcədə narahatdır. Onun fikrincə, Putin onun çox bahalı üzüyünü oğurlayıb. Putin isə narahatçılığın bu həddə çatmasını istəmir və üzüyün dəyərindən 2 dəfə artıq pul ödəməyə hazırdır. Biz elə bilirdik ki, Kraft prezidentə hədiyyə edib. Ancaq görünür o hədiyyələri verəndən sonra geri qayıtmasını istəyən adamlardandır",- deyə Peskov dünən jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, hadisə 2005-ci ildə Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi amerikalı biznesmenlərin yoldaşlıq görüşü zamanı baş verib. Kraftın Rusiyanın qalibiyyəti ilə əlaqədar olaraq, dəyəri 30 min dollar həcmində olan üzüyünü çıxarması və prezidentin cibinə qoyması böyük səs-küyə səbəb olub. Kraftın sözlərinə görə, o üzüyünün qaytarılmasını və prezidentin onun cibinə qoymayacağını gözləsə də, belə olmayıb.

Aynur Hüseynova
AzNews.az