Kremldən İsrail-Fələstin məsələsinə reaksiya

12 May 2021 17:56 (UTC+04:00)

Kreml Fələstin-İsrail münaqişəsində tərəfləri təmkinli olmağa çağırıb.

AzNews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

"Fələstin və İsrail, BMT Təhlükəsizlik Şurasının qərarlarına etibar edərək problemin həllinə doğru gəlmək üçün güc tapmalıdırlar. Rusiya Fələstin-İsrail münaqişəsində artan mülki itkilərdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır",-deyə Peskov qeyd edib.