Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib

12 May 2021 18:33 (UTC+04:00)

Avropa Insan Haqları Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Insan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Azərbaycanın Ermənistana qarşı insan hüquqlarının pozulması ittihamı ilə bağlı şikayətinə baxılması haqqında qərar qəbul olunub.

"Avropa insan Haqları Məhkəməsinin palatasına daxil olan Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayəti Məhkəmənin Böyük palatasının yurisdiksiyasına qəbul olunub", - deyə məlumatda bildirilib.