Bakı-Qazax magistralında avtomobil aşıb, bir ailənin 5 üzvü...

12 May 2021 18:52 (UTC+04:00)

Aznews.az xəbər verir ki, hadisə yolun 271-ci kilometrliyində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “Hunday Sonata” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan durumu daha ciddi olan üç nəfər – 1963-cü il təvəllüdlü İmanova Təranə Tofiq qızı, 1951-ci il təvəllüdlü İmanov Səxavət Əliş oğlu və 1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bakı-Qazax magistralında avtomobil aşıb, bir ailənin 5 üzvü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.