İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb

12 May 2021 20:12 (UTC+04:00)

İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb.

Aznews.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Ordusunun "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, həlak olan hərbçinin 21 yaşı olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.