AZAL Bakı-Lvov marşrutu ilə aviareyslərə başladı

17 İyun 2013 09:22 (UTC+04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlara başlayıb.

AZAL-dan verilən məlumata görə, iyunun 16-dan başlayan Bakı-Lvov-Bakı marşrutu ilə birbaşa aviareyslər sentyabrın 15-dək yerinə yetirəcək. Uçuşlar "Airbus A-319" və "Airbus A-320" təyyarələri ilə həftədə iki dəfə – cümə axşamı və bazar günü həyata keçirilir.

Bakıdan Lvova uçuş yerli vaxtla saat 08:30-da, əks istiqamətdə isə saat 11:10-da yerinə yetirilir. Bakı-Lvov aviareysi üzrə uçuş 3 saat 30 dəqiqə davam edir.

AzNews.az