Bulvarda intihara cəhdin qarşısı alındı

13 May 2021 09:24 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.