Türkiyədə yaşından asılı olmayaraq bu şəxslər də peyvəndlənəcək

13 May 2021 12:05 (UTC+04:00)

Türkiyədə COVID-19-la mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam etdirilir.

AzNews.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, vaksinləşmə əsasən Çindən alınan “Sinovac” vaksini ilə aparılır.

Mayın 12-də “Sinovac” peyvəndinin növbəti hissəsi Türkiyəyə gətirilib. Hökumət 100 milyon “Sinovac” vaksini almaq üçün anlaşma imzalayıb. Bundan başqa, istehsalçı şirkət “Sinovac” vaksininin Türkiyədə tədarük edilməsi ilə bağlı lisenziya verib.

Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, mayın 13-dən etibarən yaşından asılı olmayaraq tibb işçilərinin həyat yoldaşlarının da peyvəndlənməsinə başlanılacaq.