Bu ölkədə koronavirusdan daha 2 494 nəfər ölüb

13 May 2021 12:43 (UTC+04:00)

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 692 nəfər yoluxub.

AzNews.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 359 397 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 494 nəfər ölüb, ölənlərin ümumi sayı 428 034 nəfər təşkil edir.