İranda bayrama görə 2187 məhkum əfv edildi

13 May 2021 15:11 (UTC+04:00)

İran İslam İnqilabı lideri Ayətullah Əli Xameneyi Ramazan bayramı münasibətilə 2 min 187 məhkumu əfv edib.

AzNews.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, onların ya azad olunmaları, ya da cəzalarının yüngülləşdirilməsi ilə bağlı qərar verilib.