Rusiyada da Hindistan ştammı aşkarlandı

13 May 2021 15:37 (UTC+04:00)

Rusiyada koronavirusun Hindistan mutasiyası aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Sözügedən mutasiyanın Hindistandan gələn tələbələrdə aşkarlandığı bildirilib.

Belə ki, Ulyanovsk Dövlət Universitetinin 16 hindistanlı tələbəsində Hindistan ştammına rast gəlinib. Tələbələr karantinə alınıb və nəzarət altındadırlar.