Şuşada atasının səs yazısını eşidən Prezident kövrəldi... - Video

13 May 2021 16:21 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci - sonuncu günü keçirilib.

AzNews.az-ın məlumatına görə, festivalda ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx nümayiş olunub. Prezident İlham Əliyev ümummili liderin çıxışını dinləyərkən kövrəlib.

Ölkə başçısı Heydər Əliyevin nitqini ayaqüstə alqışlayıb.