Biləsuvarda 24 yaşlı qadın intihar etdi

13 May 2021 16:43 (UTC+04:00)

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, Çaylı kənd sakini, 1 uşaq anası olan 1997-ci il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Ailə üzvləri hadisədən xəbər tutarkən A.Astanlının dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.