UEFA prezidenti Türkiyəyə söz verdi

13 May 2021 17:57 (UTC+04:00)

“Yaxın gələcəkdə Çempionlar Liqası finalının və digər tədbirlərin İstanbulda, Türkiyədə olacağına ümid edirəm”.

AzNews.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunun Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilməsinə münasibət bildirərkən qeyd edib.

Sloveniyalı funksioner Britaniya hökumətinin Türkiyəni səyahət üçün “qırmızı siyahı”ya əlavə etdiyini xatırladıb: “Türkiyə Futbol Federasiyası və səlahiyyətli nümayəndələr UEFA-nın azarkeşlərlə bağlı istəyini qəbul etdi. Onlar hər zaman bizim etibarlı tərəfdaşımız olub. Türkiyə bir çox UEFA tədbirinə böyük uğurla ev sahibliyi edib.

Bu qərarın vətandaşları virusun yayılmasından qorumaq üçün qəbul edildiyini başa düşürük. Yaxın gələcəkdə Çempionlar Liqası finalının və digər tədbirlərin İstanbulda, Türkiyədə olacağına ümid edirəm.

Çeferin istəklərinə müsbət cavab verdikləri üçün Portuqaliya Futbol Federasiyasına və Portuqaliya hökumətinə təşəkkür etdiyini söyləyib.

Qeyd edək ki, UEFA İngiltərənin “Mançester Siti”və “Çelsi” komandaları arasındakı final oyununun Portu şəhərindəki “Draqau” stadionunda olacağını açıqlayıb.

Matçın bundan əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.