Gürcüstan PUA-lar istehsal edəcək

13 May 2021 19:12 (UTC+04:00)

Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.

Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək.