“Tesla” kriptovalyuta ilə elektromobil satışını dayandırıb

13 May 2021 19:28 (UTC+04:00)

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti kriptovalyuta ilə satışı dayandırıb.

Aznews.az xəbər verir ki, şirkətin rəhbəri İlon Mask “Tvitter” mikrobloqunda yazıb ki, mayninq və bitkoin əldə edilməsi əməliyyatları üçün enerji mənbəyi kimi atmosferə zərərli tullantıların atılmasına səbəb olan yanacaqdan, xüsusən daş kömürdən istifadə edilməsindən narahatdırlar.