Meşədə ağac kəsən iş adamını ayı parçaladı

13 May 2021 21:24 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Tomsk vilayətinin Teguldetski rayonunda meşədə ayının öldürdüyü kişinin cəsədi tapılıb.

Rusiya mediasının verdiyi xəbərə görə, məhkəbə-tibb ekspertizası nəticəsində həmin şəxsin ölümünə vəhşi heyvanın hücumunun səbəb olduğu təsdiqlənib.

Ölənin yerli iş adamı olduğu, meşəyə ağac kəsməyə getdiyi bildirilir. O, həmkarları və meşə işçiləri ilə ağac kəsmək üçün meşəyə gedib. İş adamı onunla gedənlərdən ayrılandan sonra ayı ilə üzləşib. Bədənindəki xəsarətlərdən görünür ki, ayıya onu parçalamazdan əvvəl ciddi müqavimət göstərib.