Sirkə turşusu içən kişi xəstəxanada öldü

14 May 2021 11:48 (UTC+04:00)

İki gün əvvəl Gəncədə sirkə turşusu içərək intihara cəhd edən şəxs xəstəxanada ölüb.

AzNews.az xəbər verir ki, mayın 12-də 1936-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ziya Məmmədov sirkə turşusu içərək intihara cəhd edib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəhər sakini bu gün reanimasiya şöbəsində keçinib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.