Depardye 7 ölkənin vətəndaşı olacaq

17 İyun 2013 10:02 (UTC+04:00)


Bu haqda məlumatı "Reuters" informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, yaxın günlərdə aktyor Əlcazair hökumətinə müraciət etməyi düşünür. Onun sözlərinə görə, eyni anda bir neçə vətəndaşlıq almaqda məqsədi, dünya ölkələrinə vizasız gedib-gəlməkdir.

"Mən bir ölkə vətəndaşı olmaqla hamı kimi biri olmuş oluram. Buna görə də, fərqlənməyin bu üsulunu seçməyi düşündüm. Həm də "dünya vətəndaşı" olmaq çox gözəl hissdir. İlkin variantda 7 ölkənin vətəndaşı olacam. Daha sonra isə bu göstərici artacaq", -deyə Depardye bildirib.
Xatırladaq ki, Fransa hökumətində vergi sistemində olan dəyişkliklər səbəbindən aktyor Fransa vətəndaşlığından imtina edib və Rusiyaya sığınıb.

Aynur Hüseynova
AzNews.az