Bu gün neçə nəfərə vaksin vurulub?

14 May 2021 17:07 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirus əleyhinə 13 min 107 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9980 nəfərdir.