Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri telefonla danışıb

14 May 2021 20:47 (UTC+04:00)

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Parlamentdən Aznews.az-a verilən məlumata görə, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.