Masallıda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

14 May 2021 20:54 (UTC+04:00)

Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.

Bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az