Türk əsgəri İraqda həlak olub

14 May 2021 23:58 (UTC+04:00)

Türkiyə ordusunun əsgəri İraqın şimalında həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, hadisə “Pence-Şimşek” əməliyyatı zonasında baş verib. Belə ki, terrorçular əsgərə atəş açıblar.

Türkiyənin müdafiə naziri Hulusi Akar əsgərin ailəsinə başsağlığı verib.