Sabirabadda avtomobil kanala aşıb, sürücü ağır xəsarət alıb - FOTO

15 May 2021 20:34 (UTC+04:00)

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa