BMT Baş Assambleyasının iclası keçirilə bilər

15 May 2021 21:07 (UTC+04:00)

Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.

Aznews.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır" Twitter"də bildirib.

"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdə və işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", BMT Baş Assambleyasının Prezidenti bildirib.