Bill Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi

15 May 2021 21:29 (UTC+04:00)

“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.

Aznews.az bildirir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Qeyd olunub ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.

Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.