Daha bir binadan qopan daş təhlükə yaratdı

16 May 2021 09:13 (UTC+04:00)

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalıb.

AzNews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.